Bakıda oğurluq edən keçmiş məhkumun məhkəməsi başlayır

Hadisə
  • 11 noyabr, 2019
  • 07:47
Bakıda oğurluq edən keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda oğurluqda təqsirləndiriləən Əlikram Şıxəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim Tərlan Əkbərovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, bu ilin oktyabr ayında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları hadisə yerinə gedib, müvafiq tədbirlər həyata keçirilib. Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Əlikram Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, törətdiyi cinayət əməlini etiraf edib. Ətrafında aparılan tədbirlərlə Ə.Şıxəliyevin qəsəbə ərazisindəki daha bir evdən 550 manat pul oğurladığı da müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.