Bakıda naməlum avtomobil piyadanı vuraraq öldürdü

Hadisə
  • 20 mart, 2020
  • 09:26
Bakıda naməlum avtomobil piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, martın 19-u saat 20 radələrində paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub və hadisə yerində ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.