Bakıda məktəb şagirdi qohumunu bıçaqlayıb
Hadisə
- 05 dekabr, 2016
- 06:37
Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda kişi arvadını söydüyünə görə, qohumu tərəfindən bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsi Axundzadə küçəsi 44 ünvanında qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Musayev Famil Dadaş oğlu həyat yoldaşını təhqir edib və söyüb. Evdə qonaq olan 9-cu sinif şagirdi 15 yaşlı Faiq Manafov (o, F.Musayevin arvadının dayısı oğludur) söyüşə görə, F.Musayevə bıçaq zərbəsi vurub. Nəticədə F.Musayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı F.Manafovun əli kəsilib. Onun əlinə tikiş qoyulub.
Məktəbli hadisəni törətməsi barədə polisə özü məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:09
Abşerondakı qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
Hadisə00:55
UEFA Superkubokunun qalibi müəyyənləşib
Futbol00:12
Tramp Levittin Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılması barədə məlumat verib
Digər ölkələr23:58
Bu ilin ikinci Günəş tutulması başa çatıb - YENİLƏNİB
Elm və təhsil23:46
ABŞ-də 11 nəfər "Green card" almaq üçün saxta nikahların təşkilində ittiham olunub
Digər ölkələr23:33
CENTCOM İran limanlarının blokadasından sonra üç gəmini sıradan çıxarıb
Digər ölkələr23:22
Foto
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var - YENİLƏNİB
Hadisə23:09
Hakan Fidan sabah Misirə səfər edəcək
Region22:52