Bakıda maskalı şəxslər evə basqın edib
Hadisə
- 09 yanvar, 2016
- 12:22
Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda maskalı şəxslər evə basqın edərək pul və qızıl-zinət əşyaları aparıblar.
“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. İki maskalı şəxs qəsəbənin 1 May küçəsi ev 1-ə hasardan keçməklə evin açıq qapısından mənzilə daxil olublar.
Evdə yaşayan 1969-cu il təvəllüdlü Sona Arif qızı Məmmədbəyovaya bıçaqla hədə-qorxu gələrək, boyun nahiyəsindən xəsarət yetiriblər. Ev sahibini ölümlə hədələyən maskalı şəxslər evdən 700 manat, 200 ABŞ dolları və qızıl zinət əşyaları götürərək qaçıblar.
Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
Son xəbərlər
20:42
Zelenski, Uitkoff və Kuşner Ukraynaya mümkün səfəri müzakirə ediblər
Digər ölkələr20:28
Hacı Zeynalabdin qəsəbəsi sakini bıçaqlanıb, atası şübhəli qismində saxlanılıb - YENİLƏNİB-2
Hadisə20:26
"Çelsi"nin futbolçusu Tosin Adarabioyo İngiltərənin baş klubuna keçə bilər
Futbol20:25
Foto
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər
Xarici siyasət20:22
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Hadisə20:21
Sadır Japarov Bişkekdə VI Dünya Köçəri Oyunlarını açıq elan edib
Region20:14
Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb
Digər ölkələr20:13
MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib
Sosial müdafiə20:12