Bakıda liftdə köməksiz vəziyyətdə qalan 6 şəxs xilas edilib

Hadisə
  • 04 aprel, 2015
  • 14:46
Bakıda liftdə köməksiz vəziyyətdə qalan 6 şəxs xilas edilib

Bakı. 4 aprel. REPORT.AZ/ Bakı şəhərinin Suraxanı rayonunda yaşayış binasının liftində 6 nəfər köməksiz vəziyyətdə qalıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 18:43-də başa çatıb.

44 - Tezliklə