Bakıda kollecin yataqxanasında qadının başına çəkiçlə ağır xəsarət yetirilib
Hadisə
- 17 oktyabr, 2016
- 07:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda 2 nömrəli Bakı Baza Tibb Kollecinin yataqxanasında müvəqqəti yaşayan məcburi köçkün dava zamanı başından ağır xəsarət alıb.
"Report"un məlumatına görə, Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında yerləşən yataqxanada yaşayan Ağdam rayonundan məcburi köçkün düşən 1977-ci il təvvəllüdlü Babayeva Sənubər Tapdıq qızı ilə qonşusu arasında mübahisə düşüb. Nəticədə qonşu S.Babayevanın başından çəkiclə zərbə endirib.
S.Babayeva açıq kəllə-beyin travması ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Həkimlərin verdiyi məlumata görə, S.Babayevanın vəziyyəti orta ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
09:37
Kamal Umudlu "Roma" – "Real" oyununu idarə edəcək
Futbol
09:34
Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Digər ölkələr
09:34
AMB kredit riskləri ilə bağlı son qərarını şərh edib
Maliyyə
09:33
Azərbaycan neftinin qiyməti 131 dolları keçib
Energetika
09:20
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
Komanda
09:08
UEFA Çempionlar Liqası: II tura 9 oyunla start veriləcək
Futbol
09:00
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Futbol
08:58
Panamada baş verən zəlzələ altı mindən çox insana təsir edib
Digər ölkələr
08:50
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.10.2026)
Maliyyə