Bakıda karantini pozan restoranın icarədarı və müştəriləri cərimələndi - FOTO
Hadisə
- 21 iyun, 2020
- 09:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.
"Report"un xəbərinə görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 20-də saat 23:30 radələrində Badamdar qəsəbəsində fəaliyyət göstərən “Qızıl Balıq” restoranının icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onlardan 4 nəfər 200 manat, digərləri 100 manat cərimə olunublar.
Son xəbərlər
03:08
ABŞ tezliklə İrana zərbələrin bərpası ilə bağlı qərar verəcək
Digər ölkələr02:39
Suriyada avtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr02:23
Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb
Digər ölkələr01:51
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:12
Tramp: ABŞ hərbçiləri üç gündə Hörmüzdən rekord miqdarda neftin çıxarılmasına kömək edib
Digər ölkələr00:41
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 50 nəfəri keçib – YENİLƏNİB
Hadisə00:37
"Marca": Ronaldu Portuqaliya yığmasında karyerasını başa vura bilər
Futbol00:24
Nəriman Axundzadənin qol vurduğu matçda Azərbaycanın U-21 millisi Şotlandiyaya məğlub olub
Futbol00:08