Bakıda kafedə müştərilərdən biri döyülərək ağır xəsarət alıb
Hadisə
- 24 oktyabr, 2016
- 11:08
Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda 30 yaşlı kişi döyülərək ağır xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən "Günəş" kafesində qeydə alınıb.
1986-ci il təvəllüdlü Şirvan şəhər sakini Hüseynov Elməddin Mötəbər oğlu kafedə müştəri qismində əyləşib. Yeyib-içdikdən sonra sərxoş vəziyyətdə olan E.Hüseynov digər masada əyləşən müştərilərin ünvanına nalayiq ifadələr işlədib. Mübahisə düşüb, nəticədə E.Hüseynov döyülüb.
Ağır xəsarət alan yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.
Son xəbərlər
08:21
Qazaxıstan və "Rosatom" Almatı yaxınlığında AES-in tikintisi ilə bağlı saziş imzalayıb
Region08:12
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur07:45
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Energetika07:35
İran ABŞ hərbi bazasında "əsas obyekt"i vurduğunu bildirib - YENİLƏNİB
Digər ölkələr07:20
"WSJ": ABŞ və Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir
Digər ölkələr06:39
"Axios": Uitkoff BƏƏ liderinin milli təhlükəsizlik müşaviri ilə gizli görüş keçirib
Digər ölkələr06:17
ABŞ hökumətinin maliyyələşdirilməsi dekabrın 11-dək uzadılıb
Digər ölkələr05:52
Tramp: Nikolas Maduroya qarşı yeni ittihamlar irəli sürülə bilər
Digər ölkələr05:29