Bakıda kafedə baş verən partlayışa görə həbs edilən direktorun ibtidai istintaqı başa çatıb

Hadisə
  • 06 noyabr, 2018
  • 05:13
Bakıda kafedə baş verən partlayışa görə həbs edilən direktorun ibtidai istintaqı başa çatıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) həyətində fəaliyyət göstərən çayxanada iki nəfərin ölümü ilə nəticələnən propan qaz balonlarının partlaması ilə bağlı həbs edilən ASC-nin icraçı direktoru Arif Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 15-nə təyin edilib.

Cinayət işi hakim Rəşad Əliyevin icraatına verilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, A.Haqverdiyev bu il mayın 21-də, saat 15 radələrində Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” ASC-nin həyətində fəaliyyət göstərən çayxanada 3 nəfərin ölümü ilə nəticələnən propan qaz balonlarının partlaması ilə bağlı həbs edilib.