Bakıda hoteldə arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- 15 sentyabr, 2022
- 05:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda hoteldə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Tərlan Abdullayevin cinayət işi üzrə məhkəməsi başlayır.
"Report"un xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin iyunun 4-də paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” hoteldə baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü T.Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı - Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanı bıçaqlayıb. Daha sonra qadının həyatını xilas etmək mümkün olub.
Daha sonra T.Abdullayev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.