Bakıda gözətçini güllələyən şəxsin məhkəməsi başlayıb

Hadisə
  • 09 mart, 2017
  • 10:57
Bakıda gözətçini güllələyən şəxsin məhkəməsi başlayıb

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adan öldürməyə cəhd etməkdə təqsirləndirilən Vidadi Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 16-na təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini V.Quliyev ötən il Lənkəran rayon sakini Elşad Kazımovun Sabunçu rayonu Ləhiş bağlar sahəsində odlu silahdan ona qarın və əl nahiyələrindən xəsarət yetirib. E.Kazımov xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub. Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd patron və 4 ədəd giliz aşkar edilərək götürülüb.

Araşdırma zamanı məlum olub ki, E.Kazımov V.Quliyevin bağ evində gözətçi olub. Hadisədən əvvəl həmin şəxslər birlikdə spirtli içki qəbul edib. Mübahisə zəminində V.Quliyev E.Kazımovu güllələyib.

V.Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürmə cəhd) və 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ittiham olunur.