Bakıda gənci bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə
  • 01 mart, 2022
  • 05:20
Bakıda gənci bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda gənc oğlanı bıçaqlamaqda təqsirləndirilən Rəşad Turabzadənin məhkəməsi başlayır.

"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, R.Turabzadə mübahisə zəminində 2003-cü il təvəllüdlü Miraləm Kərimovu bıçaqlayıb.

Daha sonra yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda və döş qəfəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. M.Kərimovun həyatını xilas etmək mümkün olub.

44 - Tezliklə