Bakıda evlərindən 12 000 manat pul və qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb
- 02 may, 2018
- 08:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 may. REPORT.AZ/ Bakıda evlərindən 12 000 manat pul və qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12 000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.
İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.