Bakıda evdən pul və qızıl üzük oğurlayan qrupun digər üzvləri tutulub

Hadisə
  • 18 avqust, 2017
  • 07:27
Bakıda evdən pul və qızıl üzük oğurlayan qrupun digər üzvləri tutulub

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıda evdən pul və qızıl üzük oğurlayan qrupun digər üzvləri tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 16-da rayon ərazisindəki mənzillərin birindən 12 000 manat və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri – Bakı şəhər sakinləri Baba Sadıqov, Afiyə Sadıqova və Elnur Qarayev tutulublar.

44 - Tezliklə