Bakıda ərini öldürən qadın apelyasiya şikayəti verib
- 16 iyul, 2019
- 06:00
Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Vəfa Orucova barəsindəki hökmdən apelyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun icraatında olan şikayət üzrə ilkin baxış iclası iyulun 17-ə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Orucova 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il noyabrın 24-də baş verib. Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.