Bakıda əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi saxlanıldı

Hadisə
  • 03 dekabr, 2020
  • 11:46
Bakıda əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi saxlanıldı

Bakıda ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi - Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Bakıda əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi saxlanıldı