Bakıda cinayət törədən Gürcüstan vətəndaşı saxlanılıb
Hadisə
- 01 dekabr, 2014
- 08:18
Bakı. 01 dekabr. REPORT.AZ/ Bakıda cinayət törədən Gürcüstan vətəndaşı saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Belə ki, avqust-noyabr aylarında Gürcüstan vətəndaşı Anar Həsənova məxsus Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri mağazasından, açarseçmə yolu ilə 5000 manat dəyərində avtoaksesuar oğurlanıb. Xətai Rayon Polis İdarəsi ( RPİ) 34-cü Polis Bölməsi, Çevik Polis Alayı, Rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinənlər - Gürcüstan vətəndaşı 1978-ci il təvəllüdlü Nəsimi Həmidov və Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Babək Allahyarov tutulub.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
06:25
Rusiyanın Sumı və Zaporojyeyə hücumları nəticəsində ölənlər və yaralananlar var
Digər ölkələr05:56
Qremin Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi iflasla üz-üzədir
Digər ölkələr05:21
"Bloomberg": ABŞ İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün vəsait axtarır
Digər ölkələr04:48
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5546-ya çatıb
Digər ölkələr04:27
Video
"SpaceX" şirkəti "Starship" gəmisinin 13-cü sınaq uçuşunu həyata keçirib
İKT03:41
Foto
Türkiyədə sərnişin avtobusu aşıb, 40 nəfər xəsarət alıb
Region03:10
Foto
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Xarici siyasət02:36
Fransanın cənub-qərbində baş verən yanğın son 50 ilin ən dağıdıcı fəlakəti olub
Digər ölkələr02:09