NYT: Avropa Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılığın güclənməsindən ehtiyat edir
- 25 iyul, 2026
- 02:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa müdafiə və enerji şirkətləri Avropa İttifaqının (Aİ) Rusiya qazından tamamilə imtina etməsinin ABŞ tədarüklərindən həddindən artıq asılılığa və Vaşinqtonun Avropanın enerji siyasətinə təsirinin güclənməsinə gətirib çıxara biləcəyindən narahatlıq ifadə edir.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazıb.
Nəşrin məlumatına görə, yarım ildən az bir müddət ərzində Aİ Rusiyanın mayeləşdirilmiş təbii qazının (MTQ) idxalını tamamilə dayandıracaq. Çatışmayan həcmləri kompensasiya etmək üçün Avropa, ilk növbədə, ABŞ-dən olmaqla, yanacaq alışını əhəmiyyətli dərəcədə artırıb.
Qəzet qeyd edib ki, hazırda Amerika istehsalçıları Avropaya MTQ tədarükünün təxminən üçdə ikisini təmin edir, onilliyin sonuna qədər isə onların payı 80 %-ə qədər arta bilər.
Bununla yanaşı, NYT-nin qiymətləndirməsinə görə, prezident Donald Trampın rüsumlar tətbiq etmək hədələri, onun Qrenlandiya ilə bağlı bəyanatları, eləcə də İran ətrafındakı vəziyyət fonunda ABŞ və Avropa arasındakı münasibətlər gərgin olaraq qalır.
Nəşr iddia edib ki, bu hallar Rusiyanın qaz inhisarından imtinanın ABŞ-nin Aİ-nin daxili enerji siyasətinə həddindən artıq təsirinə səbəb ola biləcəyindən ehtiyat edən Avropa müdafiə və enerji strukturlarının rəhbərləri arasında təşvişi artırıb.