Bakıda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib

Hadisə
  • 08 yanvar, 2022
  • 19:41
Bakıda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib

Bakıda 2 nəfər dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1991-ci il təvəllüdlü Əsgərli Ləman Xəlil qızı və 1995-ci il təvəllüdlü Mədətzadə Orxan Xəqani oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

Hadisənin təfərrüatı araşdırılır.