Bakıda avtomobil yol kənarındakı ağaca çırpılıb, xəsarət alan var
Hadisə
- 07 may, 2018
- 22:12
Bakı. 8 may. REPORT.AZ/ Bakıda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Sabunçu Dövlət Yol Polisindən verilən məlumata görə, Kürdəxanı qəsəbəsində 1996-ci il təvəllüdlü Əkbərov Şahzadə Təhməz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkət olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Ş.Əkbərov hadisə zamanı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Son xəbərlər
06:43
ABŞ-də "Claude" süni intellekt modeli menecer kimi əməkdaşı işdən çıxarıb
Maraqlı06:17
Kolumbiyada mədəndə partlayış olub, ölənlər var
Digər ölkələr05:36
Britaniya hakimiyyəti sakinlərə təcili xəbərdarlıqlar göndərib
Digər ölkələr05:07
Britaniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr04:51
ABŞ-də baş verən atışmada beş nəfər ölüb
Digər ölkələr04:15
İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
Digər ölkələr03:42
Tramp Harrisə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməsini təklif edib
Digər ölkələr03:13
Foto
İtaliyada Renuar, Sezan və Matisin oğurlanmış rəsmləri tapılıb
Digər ölkələr02:39