Bakıda avtomobil partlayıb, sürücü xəsarət alıb
Hadisə
- 04 yanvar, 2025
- 10:15
Bakının Nizami rayonu, Babək prospektində avtomobildə partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq, "CHEVROLET COBALT" markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.
Son xəbərlər
09:29
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə09:28
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
Energetika09:26
Avropa çempionatı: Azərbaycan millisi qrupda sonuncu oyununa çıxır
Komanda09:19
ADY genişmiqyaslı rəqəmsallaşdırmaya hazırlaşır
İKT09:08
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
Futbol09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.08.2026)
Maliyyə09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.08.2026)
Maliyyə08:46
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
Digər ölkələr08:19