Bakıda avtomobil dayanacağında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Hadisə
  • 29 iyun, 2018
  • 11:39
Bakıda avtomobil dayanacağında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı. 29 iyun. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Yanğın zamanı xəsarət alan olmayıb.


*** 15:07

Bakı. 29 iyun. REPORT.AZ/ Bakı şəhərində açıq sahədə yanğın başlayıb. 

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb edilib. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.