Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Hadisə
  • 08 fevral, 2024
  • 03:08
Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, metronun “Azadlıq” stansiyasının yanında avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Səmədov Murad Qurban oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Fakt araşdırılır.

44 - Tezliklə