Bakıda avtobus piyadanı vurub, yaralının bacısı sürücünü döyüb
Hadisə
- 16 noyabr, 2016
- 08:40
Bakı. 16 noyabr. REPORT.AZ/ Bakıda piyadanı vuran avtobus sürücüsü xəsarət alan şəxsin bacısı tərəfindən döyülüb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib.
Belə ki, qəsəbədə 166 nömrəli marşut xətti üzrə hərəkət edən 10 TV 551 dövlət qeydiyyat nişanlı avtobus yolu keçmək istəyən 40 yaşlı Əhmədov Vüqar Əhməd oğlunu vurub. Hadisədən xəbər tutan V.Əhmədovun bacısı hadisə yerinə gələrək təqsirkar hesab etdiyi avtobus sürücüsünü döyüb.
Ağır xəsarət alan V.Əhmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəsarət alan şəxsin bacısının dediyinə görə, sözügedən avtobus normadan artıq sürətlə hərəkət edib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:43
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
Formula 116:42
Foto
"Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub - YENİLƏNİB-5
Formula 116:41
Foto
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Daxili siyasət16:39
Foto
Anım Günü ilə əlaqədar Müşfiqabadda ağacəkmə tədbiri keçirilib
Daxili siyasət16:39
"Ynet": Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
Digər ölkələr16:36
"Təhrik-i-Taliban Pakistan" hərəkatı Dera-İsmayıl-Xandakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB
Digər ölkələr16:32
Ayxan Abbasov: "Sabah yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağıq"
İdman16:24
Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
Region16:23
Foto