Bakıda arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Hadisə
  • 10 fevral, 2022
  • 08:00
Bakıda arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Xalid Hüseynova hökm oxunub və o, 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə sentyabrın 12-də paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində qeydə alınıb.

Belə ki, X.Hüseynov həyat yoldaşı, 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

X.Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.