Bakıda ahıl yaşlı qadın soyulub
Hadisə
- 10 dekabr, 2014
- 06:38
Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 1-ci Polis Bölməsi Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 8-də saat 17:00 radələrində, Mərdəkan qəsəbəsində qəsəbə sakini, 1936-cı il təvəllüdlü Fəridə Nəsirovanın içərisində 267 manat və təqaüd kartı olan əl çantasını alıb qaçmaqla soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənbala Tahirov tutulub. Araşdırma zamanı H.Tahirovun əvvəllər məhkum olunduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
18:24
SEPAH: Hörmüz boğazında müharibə davam edir
Region18:14
XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq
Xarici siyasət18:11
Foto
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Sosial müdafiə17:55
İlkin Qasımov: "Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni kadr gündəliyi formalaşdırır"
Sənaye17:53
Foto
Video
"Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub
Hərbi17:51
Ayxan Qədəşov: "Qeyri-neft sektorunda yeni istehsal imkanları üçün mühüm istiqamətlər müəyyən edilib"
Sənaye17:42
"Kəpəz"in zədəli futbolçusu Əli Səmədovun durumu açıqlanıb
Futbol17:35
Tacikistan millisinin futbolçusu Aktan Anazarov: "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq"
Futbol17:32