Bakıda ağır yol qəzası baş verib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Hadisə
  • 06 oktyabr, 2015
  • 08:06
Bakıda ağır yol qəzası baş verib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda avtobus aşıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Hadisə oktyabrın 5-də saat 20 radələrində baş verib.

Suraxanı rayonunun Hövsan qəsəbəsində hələlik sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş “Mitsubishi” markalı avtomobil aşıb. Nəticədə sərnişinlərdən Bakı şəhər sakini Məhəmməd Hüseynov və Oğuz rayon sakini Eyvaz Osmanov ölüb, digər 6 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.