Bakıda 8 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Hadisə
  • 16 fevral, 2019
  • 11:24
Bakıda 8 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bakıda vətəndaşlara qarşı dələduzluq edən şəxs yaxalanıb.

DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Nəzərov saxlanılıb.