Bakıda 70 yaşlı kişini avtomobil vurub

Hadisə
  • 29 may, 2018
  • 04:35
Bakıda 70 yaşlı kişini avtomobil vurub

Bakı. 29 may. REPORT.AZ/ Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı ahıl kişi ağır xəsarət alıb.

"Report" xəbər verir ki, Bakıxanov küçəsində yolu keçmək istəyən 1948-ci il təvəllüdlü Abbasquliyev Vaqif Məmməd oğlunu avtomobil vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.