Bulvarda 43 kanalizasiya quyusunun dəmir barmaqlığı oğurlanıb

Hadisə
  • 29 may, 2024
  • 07:40
Bulvarda 43 kanalizasiya quyusunun dəmir barmaqlığı oğurlanıb

Paytaxtın Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb.

"Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb. Araşdırmalar aparılır", - məlumatda qeyd olunub.

Bulvarda 43 kanalizasiya quyusunun dəmir barmaqlığı oğurlanıb

44 - Tezliklə