Bakıda 36 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Hadisə
  • 02 oktyabr, 2017
  • 02:58
Bakıda 36 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Türkan qəsəbəsində 1981-ci il təvəllüdlü Təhməzov Sərxan Telman oğlu tanışı mübahisə edib.

Nəticədə ona 2 bıçaq xəsarəti yetirilib. Xəstəxanaya yerləşdirilən yaralı yıxılaraq xəsarət aldığını bildirsə də, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları S.Təhməzovun öz tanışı tərəfindən bıçaqlandığını müəyyən edə bilib.

Fakt araşdırılır.