Bakıda 3 il əvvəl əcnəbi vətəndaşa qarşı dələduzluq edən şəxs saxlanılıb

Hadisə
  • 13 yanvar, 2020
  • 08:49
Bakıda 3 il əvvəl əcnəbi vətəndaşa qarşı dələduzluq edən şəxs saxlanılıb

Bakıda 3 il əvvəl əcnəbi vətəndaşa qarşı dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinə müraciət edən əcnəbi vətəndaş B.Yetimov 2017-ci ilin yanvar ayında bir nəfərin onu aldadaraq 5100 manatını aldığını bildirib.

8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Cəfərov müəyyən edilərək saxlanılıb.

44 - Tezliklə