Bakıda 3 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Hadisə
  • 28 iyun, 2022
  • 06:29
Bakıda 3 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakıda 3 avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Wolksvagen”, “Hyundai” və “KİA” markalı 3 avtomobildən pul, sənəd və kosmetik əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb.

Araşdırma aparılır.