​Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tikinti şirkətini məhkəməyə verib

Hadisə
  • 24 oktyabr, 2015
  • 06:19
​Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tikinti şirkətini məhkəməyə verib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) “Nəriman-MN” Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

“Report”un xəbərinə görə, BTRİB MTK-ya qarşı 5428 manat məbləğində maddə zərərin ödənilməsi barədə tələb irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Nəriman-MN” MTK çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.