Bakı şəhərində “Solo Türk” və “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək

Hadisə
  • 24 iyun, 2018
  • 06:20
Bakı şəhərində “Solo Türk” və “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.

“Report” xəbər verir ki, avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.