Bakı şəhər sakinini bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb
- 04 aprel, 2017
- 09:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mübahisə etdiyi şəxsi bıçaqlamaqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Maşallah Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, məhkəmənin hökmü ilə M.Qurbanovun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi tədbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xəzər rayonunda baş verib. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəxri Mirzəyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən Göygöl rayon sakini Maşallah Qurbanov tutulub.
O, CM-in 126.1-ci (qəsdən sağlamlığına ağır zərbə vurma) maddəsi ilə ittiham olunub.