Bakı şəhər sakininə xəsarət yetirərək soyğunçuluq törədən şəxs saxlanılıb

Hadisə
  • 13 fevral, 2019
  • 06:52
Bakı şəhər sakininə xəsarət yetirərək soyğunçuluq törədən şəxs saxlanılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakı şəhər sakininə xəsarət yetirərək soyğunçuluq törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət edən Xocəsən qəsəbə sakini N.İsmayılov fevralın 11-də gecə saatlarında qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq 500 manatını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

44 filmi