​Bakı sakini liftdə huşsuz vəziyyətdə tapılıb

Hadisə
  • 24 may, 2015
  • 16:24
​Bakı sakini liftdə huşsuz vəziyyətdə tapılıb

Bakı. 24 may. REPORT.AZ/ Axşam saatlarında Bakının Səbail rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.

Onlar liftin qapısını açaraq vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər və onu Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.