Bakı sakini bıçaqlanıb, telefonu əlindən alınıb
Hadisə
- 19 aprel, 2023
- 06:24
Bakı sakini bıçaqlanıb, telefonu əlindən alınıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 18-i saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin paytaxt sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talanmaları barədə polisə məlumat daxil olub.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə müəyyən olunaraq saxlanılıblar. M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
14:44
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Digər ölkələr14:43
Foto
Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib
Sağlamlıq14:40
Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 13 %-ə yaxın artıb
İKT14:39
AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq
Digər ölkələr14:37
Foto
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Futbol14:32
Azərbaycanın cüdo millisinin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
Fərdi14:32
Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb
Din14:31
"Karvan-Yevlax" Ruslan Voronsovla yollarını ayırıb
Futbol14:15