Xətai Tibb Mərkəzində bütün mürəkkəb göz əməliyyatları icra olunacaq
- 03 noyabr, 2026
- 14:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Xətai Tibb Mərkəzində indiyə qədər icra olunmayan bütün mürəkkəb göz əməliyyatları artıq icra olunacaq.
"Report" xəbər verir ki, bunu M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru Aybəniz Saniyeva mərkəzdə yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmçinin əhalinin ən çox ehtiyac duyduğu bütün növ oftalmoloji xidmətlər yüksək səviyyədə göstəriləcək:
"Yeni açılan şöbədə tor qişa və ön seqment patologiyalarının müayinəsi üçün optik koherentsə tomoqrafiya, Pentacam vasitəsilə buynuz qişanın tomoqrafiyası və topoqrafiyası, pediatrik kontaktsız refraktometriyasının diaqnostikası, mürəkkəb katarakta əməliyyatları, afakiyanın skleral fiksasiyalı intraokulyar linzalarla korreksiyası, vitrektomiya və göz daxili drenaj implantasiyası əməliyyatları həyata keçiriləcək".