Bakı-Qazax yolunda “Mercedes” “Kamaz”a çırpılıb, sürücü ölüb

Hadisə
  • 10 avqust, 2017
  • 05:53
Bakı-Qazax yolunda “Mercedes” “Kamaz”a çırpılıb, sürücü ölüb
Report

Goranboy. 10 avqust. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, Şəmkir istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil idarəetmədən çıxaraq "Kamaz" markalı yük avtomobilinin arxasına çırpılıb. Nəticədə "Mercedes-Benz"in sürücüsü Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Həsənov Elçin aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

44 - Tezliklə