FHN Bakı-Qazax yolundakı avtomobil qəzası barədə məlumat yayıb

Hadisə
  • 27 fevral, 2023
  • 04:40
FHN Bakı-Qazax yolundakı avtomobil qəzası barədə məlumat yayıb

Bakı-Qazax yolunun Ağstafa rayonundan keçən hissəsində minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər minik avtomobilində sıxışmış vəziyyətdə qalıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 465-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ВАЗ" markalı minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

44 - Tezliklə