Bakıda mənzildə partlayış nəticəsində 5 nəfər xəsarət alıb
Hadisə
- 11 yanvar, 2015
- 05:25
Bakı. 11 yanvar. REPORT.AZ/ Paytaxtın Qaradağ rayonu ərazisində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan mənzildə yanğınla nəticələnən partalyış baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları, eyvanın yanar konstruksiyaları yanıb, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılıb.
Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın söndürülüb.
Son xəbərlər
14:46
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb
Maliyyə14:44
Azərbaycanın bocciaçısı Sona Ağayeva reytinq cədvəlində iki pillə irəliləyib
Fərdi14:41
Foto
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib
Fərdi14:41
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Maliyyə14:38
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İnfrastruktur14:36
Naxçıvanda əhalinin sayı artıb
Sosial müdafiə14:35
"Mançester Siti" Jeremi Dokunun müqaviləsinin müddətini uzadıb
Futbol14:35
2026-cı il məzunlarının elektron təhsil sənədləri "mygov" platformasında əlçatandır
İKT14:35