"Mançester Siti" Jeremi Dokunun müqaviləsinin müddətini uzadıb

Futbol
  • 13 avqust, 2026
  • 14:35
Mançester Siti Jeremi Dokunun müqaviləsinin müddətini uzadıb

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Jeremi Dokunun müqaviləsinin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

24 yaşlı vingerin yeni sözləşməsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, Belçika millisinin üzvü 2023-cü ildən "Mançester Siti"də çıxış edir.

44 - Tezliklə