Bakı metrosunda qadının telefonunu oğurlayan keçmiş məhkum saxlanılıb

Hadisə
  • 04 oktyabr, 2019
  • 09:07
Bakı metrosunda qadının telefonunu oğurlayan keçmiş məhkum saxlanılıb

Bakı metrosunda qadının cibindən mobil telefonu oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun “Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.