"Azərittifaq Sənaye Müəssisələri Birliyi" dövlət qurumunu məhkəməyə verib

Hadisə
  • 23 may, 2017
  • 06:54
Azərittifaq Sənaye Müəssisələri Birliyi dövlət qurumunu məhkəməyə verib

Bakı. 23 may. REPORT.AZ/ "Azərittifaq Sənaye Müəssisələri Birliyi" Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsini məhkəməyə verib.

"Report"un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən birlik məcburi dövlət sosial sığorta haqqlarının yığılması barədə tələb irəli sürülüb.

İş hakim Şərafət Məmmədovanın icraatına verilib.