Azərbaycanın cənub bölgəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Hadisə
  • 25 sentyabr, 2015
  • 08:14
Azərbaycanın cənub bölgəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanın cənub bölgəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. 

"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Tahir Şəmsəddin oğlu Babayev 100 ədəd kibrit qutusunda ümumi çəkisi 319,78 qram olan narkotik vasitəni - marixuananı satarkən yaxalanıb. 

Faktla bağlı toplanmış materiallar müvafiq qərar qəbul olunması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsinə göndərilib və ətrafında əməliyyat tədbirləri davam etdirilir.