Azərbaycanda üstünə manqal aşması nəticəsində yanan azyaşlı ölüb

Hadisə
  • 13 avqust, 2016
  • 07:03
Azərbaycanda üstünə manqal aşması nəticəsində yanan azyaşlı ölüb

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanda üstünə manqal aşaraq yanan azyaşlı xəstəxanada ölüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Avqustun 11-də Hacıqabul rayonunun Rəncbər kəndində yaşayan azyaşlı Yusif Qafarovun üstünə manqal aşıb. Xəstəxanaya yerləşdirilən Y.Qafarov avqustun 12-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.