​Azərbaycanda sürücü ahıl kişini maşınla vuraraq qaçıb - FOTO - YENİLƏNİB

Hadisə
  • 15 oktyabr, 2015
  • 08:52
​Azərbaycanda sürücü ahıl kişini maşınla vuraraq qaçıb - FOTO - YENİLƏNİB

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda yol-nəqliyyat hadisəsində "NAZ lifan" markalı avtomobillə vurularaq yaralanan piyada Nəbiyev Xəlil İsgəndər oğlu rayon xəstəxanasında dünyasını dəyişib.  

*** 12:22

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. "NAZ lifan" markalı avtomobil, yolu keçmək istəyən Ağdam rayon sakini, 1945-ci il təvəllüdlü Nəbiyev Xəlil İsgəndər oğlunu vurub.

Yaralı Bərdə rayon xəstəxanasına yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

Qəzadan sonra sürcü maşını hadisə yerində qoyaraq qaçıb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.