Azərbaycanda sərnişin daşıyan mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var - FOTO
Hadisə
- 22 oktyabr, 2015
- 10:18
Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda sərnişin daşıyan mikroavtobus dərəyə yuvarlanıb, xəsarət alanlar var. "Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi bu gün saat 14.00 radələrində Bakı-Qazax magistralının 395-ci kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində baş verib.
Belə ki, Gəncədən Qazaxa sərnişin daşıyan "Ford" markalı mikroavtobus eyni istiqamətdə hərəkət edən "VAZ 21011" markalı avtomobillə toqquşub. Toqquşuma nəticəsində hər iki nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşıb.
Mikroavtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:11
Foto
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
Hadisə22:05
Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək
Digər ölkələr21:52
Foto
Yelkən üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
Fərdi21:41
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
Elm və təhsil21:37
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb
Digər ölkələr21:22
Tramp ABŞ-nin İranla münaqişədə xərclərinə görə digər ölkələrdən kompensasiya tələb edir
Digər ölkələr21:17
Foto
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
Fərdi21:10
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək
Digər ölkələr21:07